Su yeganə mayedir ki, həyat mənbəyi adlandırılır. Suyun istifadə kəmiyyətindən planetimizdəki bütün canlı varlıqların həyatı asılıdır (məsələn: heyvan və balıqlar 75%, alma isə 85% sudan ibarətdir. İnsan da istisna deyil. Bədənimizdə 86% su var. Hərçənd çoxunuz düşünürsünüz ki, bizim var olmamız ən çox yeməkdən asılıdır. Ancaq yox, necə ki, bir insan susuz heç 5-7 gün də yaşaya bilməz, yeməksiz isə düz 2 ay yaşamaq olar.

Su itkisi, bir qayda olaraq, bir neçə mərhələ ilə xarakterizə olunur. Cəmi 2% çəki itkisi zamanı insanda güclü yanğı başlaya bilər. Əgər bu say 10%-ə çatsa, insan hallüsinasiya görməyə başlayır. 12% su itkisində o, artıq müstəqil bərpa oluna bilməz və mütləq qaydada həkim yardımı gərək olacaq. Bu mayenin unikallığı həm də ondadır ki, onu sintez etmək, əvəzləmək olmaz. Ona görə də hər gün mütləq 2-2,5 l su içmək lazımdır.

Öz əsas funksiyası ilə yanaşı, su həm də çəki azalması üçün istifadə edilə bilər. Məlumdur ki, yemək öncəsi 1 stəkan su içdikdə iştah və buna uyğun olaraq istifadə olunan qida miqdarı da azalır. Dietik özəllik həm də onunla izah olunur ki, su istifadə edərək, insan nəticədə bütün mümkün kalorili qazlı içki və şirələri az içməyə başlayır. Bundan başqa, adi su ilə qətiyyən, məsələn, su və ya çayla yediyin qədər şirniyyat yemək istəmirsən. Su ürək tutması ehtimalını azaltmağa qadirdir. Alimlər bu tədqiqatı az aparmayıblar. Müxtəlif eksperimentlərin gedişatında məlum olub ki, gün ərzində bu mayeni 6 stəkan içən insanlar ürək-damar xəstəlikləri ilə daha az xəstələnirlər, nəinki bundan az içənlər. Gündə 2 stəkanla kifayətlənən adamlar isə xüsusi risk qrupuna düşürlər.

Lakin su həyat bəxş etdiyi kimi, onu ala da bilər. Demək olar ki, müxtəlif xəstəliklərin 85%-i bu və ya başqa cür onun köməyi ilə ötürülür. Buna görə də içmək, yaxud yemək hazırlamaq üçün yararsız sudan istifadə edərək ciddi xəstələnmək mümkündür, hələ daha acınacaqlı sonluğu demirik.

Su ən universal həlledicidir. Çox vaxt onun tərkibi hamıya məlum düsturla hüdudlanmır. Onun tərkibində müxtəlif orqanik maddələr, həmçinin praktik olaraq bütün mikroelementlər və onların birləşmələri (duzlar, qazlar) var. Tanıdığınız istənilən içki su əsasında hazırlanır: şirə, pivə, şərab (çaxır). Hətta sənaye sferası məhsulları — ətir, dərman, laklar — bu və ya digər maddənin sulu məhluludur.

İnsan şüurunda yetərincə möhkəm kök salan stereotiplər mövcuddur. Beləcə, siz özünüzdən soruşsanız: su yana bilərmi? Əlbəttə, yox! Ancaq demək olmaz ki, bu təsdiq tam doğrudur. Məsələn, Azərbaycanda yanar kibrit yaxınlaşdırarkən alışa bilən su möccuddur. Bu, heç də möcüzə deyil. Sadəcə suda yetərincə çox miqdarda metan var ki, yanan da budur.

Bu məqalədə biz sizi suya aid faktlarlar haqqında maarifləndirmək istərdik.
Faktlar:
1. Su planetimizin 70%-ini örtür. Bu rəqəmin yalnız 3%-i şirin, yəni içmək üçün yararlı sudur. Lakin onun çox hissəsini istifadə etmək mümkün deyil, çünki buzlaqlardadır.
2. İsti su soyuq sudan tez donur. Təcrübələr bunu eksperimentlə sübut edir, lakin bunun nə üçün baş verdiyini alimlər indiyədək yəqin bilmirlər.
3. Su -42 dərəcəyədək donmur. Çox təmiz, qatqısız su bu temperatura çatarkən maye olaraq soyuya bilər. İş burasındadır ki, buz suyun tərkibindəki qatqıların ətrafında əmələ gəlməyə başlayır.
4. Su yaddaşa malikdir. Hidrogen bağı klaster adlanan H2O molekullarını birləşdirir, onlar da öz növbəsində klatratlar əmələ gətirir.
Məhz klasterlərin ardıcıllıq təşkil etdiyi su strukturlaşdırılmış su adlanır. Su klasterləri istənilən təsirdən yerdəyişmə etdiyinə görə belə çıxır ki, su onu əhatə edən bütün informasiyanı qeydə alır. Suyun bu effektini alimlər «suyun yaddaşı» adlandırırlar.
5. İnsan ömrü boyu 35 t su içir. Su oksigendən sonra ən lazımlı maddədir.
6. Bir milyon insan üçün təhlükəsiz su əlçatan deyil. Yer kürəsinin hər altıncı sakini ( hər altı sakinindən biri) ömründə heç olmazsa bircə dəfə doyunca su içməyi arzulayar, amma bu imkanı olmaz. Əgər ölkəmizdə sadəcə kranı açmaqla su içmək mümkündürsə ( əlbəttə ki, əgər mənzilinizdə əksosmoslu təmizləmə filtriniz varsa), elə bölgələr də var ki, orada içməli su — sərvətdir.
7. Son 50 ildə dünyada suyu əldə etməklə əlaqədar 507-dən artıq konflikt baş vermişdir. Onlardan 21-i hərbi müdaxilə ilə bitmişdir.
8. Ən təmiz su Finlandiyadadır. Ardınca Kanada və Yeni Zelandiya gəlir. Bu haqda 2003-cü ilin YUNESKO sənədlərində məlumat var.
9. Hər qitənin öz «ölü» çayı var, hansı ki, çirklənməyə görə heç bir istifadəyə yaramır. Məsələn, Banqladeş ərazisində Qanq çayının qollarından biri olan Buriqanqa çayı rəsmi olaraq ölü sayılır. Missisipi ağzındakı körfəz praktiki olaraq ölüdür: təmizləmə sistemləri olmasına baxmayaraq, orada heç bir orqanizm yaşaya (sağ qala) bilmir. Dünyada ən çirkli çay isə Yava adasındakı Sitarum hesab olunur.
9. 2050-ci ilə Dünya okeanı sularının turşuluğu 150% artacaq ki, bu da dəniz ekosistemlərində dönülməz dəyişikliklərə gətirib çıxaracaq. Bu barədə Kopenhagendəki iqlim dəyişikliyi üzrə konfransda BMT-nin məruzəsində söylənilmişdir.
11. İl ərzində təkcə içmək hesabına insan 60 ton su istifadə edir. 1 kiloqram kartof yetişdirmək üçün 100 litr, 1 kiloqram düyü üçün — 4000 litr, 1 kiloaram mal əti üçün — 13000 litr su işlətmək lazımdır. Bir hamburger istehsalına 2400 litr su sərf olunur.
12. Hər il Dünya okeanında 260 milyon ton plastmas məmulatı olur. Təbii su hövzələrinə hər gün insanların atdığı iki milyon tullantı tökülür.
13. Çirklənmiş yeraltı sular bir neçə minilliklər ərzində təmizlənir.
14. Suyun istilik tutumu kimi özəlliyi onu sənayedəki soyutma sistemləri üçün əvəzedilməz edir. Məsələn, dəmirin 1 dərəcə qızdırılması bu qədər suyun qızdırılmasından az enerji tələb edir.
15. Krandan gələn yetərincə təmizlənməmiş su insanın 80% xəstəliklərinin səbəbi ola və ya gedişatını çətinləşirə bilər. Beləliklə, diareyadan 88% ölümlər keyfiyyətsiz su istifadəsinə görədir.
16. 1 stəkan qazlı sudan sonra 30 stəkan su içmək lazımdır ki, orqanizmin turşu-əsas balansı bərpa olunsun.
17. Borulardakı axıntı (sızma) səbəbindən içməli suyun üçdə biri istifadəçilərə (istehlakçılara) çatmır. İnkişaf etməkdə olan ölkələrdə bütün istehlak edilən suyun 40-50%-ə qədəri itkiyə gedə bilər.