Müxtəlif reytinqlərə görə, ən təmiz kran suyuna Skandinaviya ölkələrində rast gəlinir, Danimarka və Finlandiya isə liderlərdir. Eyni zamanda, ÜST-ə görə, planetdəki 2 milyarddan çox insan çirkli sudan içməli su kimi istifadə edir və bunların hamısı heç də üçüncü dünya ölkələrinin sakinləri deyillər.

Bakservis ev şəraitində suyun keyfiyyətini yoxlamağın nə qədər vacib olduğunu açıqlamağa və bunu etmək yollarını sizlərə də öyrətməyə qərar verdi.

İnsan hər gün sudan istifadə edir. Onunla bədənə yalnız faydalı deyil, həm də təhlükəli maddələr daxil ola bilər. Su universal bir həlledicidir, ona görə də ona kimyəvi cəhətdən təmiz şəkildə rast gəlinmir. Bakteriya və viruslarla yanaşı bir çox çirkli qatqıları da daşıya bilər. Bütün bunlar suyun dadına, qoxusuna, şəffaflığına və rənginə təsir göstərir. Hətta bu sadə əlamətlərlə müəyyən etmək olar ki, suyun keyfiyyəti dəyişib.

Çirklənmiş su bilinən bütün xəstəliklərin təxminən 70-80% -nin səbəbkarıdır və yaşlaşma prosesini 30% sürətləndirir. Buna görə də onu keyfiyyətini yoxlamaq çox vacibdir. Suyu laboratoriyaya analiz üçün vermək mümkün deyilsə, ilkin testləri evdə apara bilərsiniz.

1. Saxlama

su filteri

Bu test yad qarışıqların varlığını təyin etməyə imkan verir. Təmiz, şəffaf şüşəyə su tökün, qapağını bağlayın və qaranlıq bir yerə qoyun. Bir neçə gündən sonra şübhəli əlamətlərdən ən azı biri ortaya çıxdısa (səthdə qat, divarda ərp, çöküntü), onda suyun keyfiyyəti arzuolunan deyil: tərkibində çox miqdarda metalların duzları var.

2. Qaynadılma

su filteri servisi

Bu təcrübə metalların suda yüksək konsentrasiyada olub-olmadığını müəyyən etməyə imkan verir. Qazanda suyu qaynadın, daha sonra 12-14 dəqiqə vam qazda saxlayın. Bundan sonra suyun soyumasını 20 dəqiqə gözləyin və sonra tökün. Qazanın divarlarında əhəng ərpinin və çöküntülərinin olması yaxşı göstərici deyil. Ərpin rəngi bozdursa – kalsium, qəhvəyi-sarıdırsa – dəmir konsentrasiyası çoxdur.

3. Kalium permanqanat (marqansovka) ilə test

su filtri satisi

Adi kalium permanqanat suyun içməyə uyğun olub-olmadığını müəyyən etməyə imkan verir. Test olunan maye ilə stəkanda az miqdarda həll edin və reaksiyanı qiymətləndirin. Su açıq-çəhrayı olmalıdır. Su sarı rəng almışsa, keyfiyyətsizdir və içilə bilməz. Kalium permanqanat üzvi maddələri parçaladıqda şəffaflaşır.

4. Çayın dəmlənməsi

su filteri satisi

Çay hətta keyfiyyətli olsa da, fərqli suda fərqli dəmlənə bilər. İçkinin şəffaflığına xüsusi diqqət yetirmək lazımdır. Sınanılan 40-50 ml çiy suyu bir stəkan təzə dəmlənmiş çaya tökün. Stəkanın içindəki daha açıq rəng alarsa, suyun keyfiyyəti məqbuldur. Çay bulanırsa, belə suyu içə bilməzsiniz: tərkibində çoxlu miqdarda duz və üzvi birləşmələr də daxil olmaqla digər zərərli maddələr ola bilər.

5. Çəkisini ölçmək

filtrlerin qurasdirilmasi

Keyfiyyətli suyun daha yüngül olduğu deyilir. Həssas (elektron) mətbəx tərəzisi ilə iki su nümunəsini çəkə bilərsiniz. Birinci nümunə – etalon olsun (kulerdən su və ya məhşur su markası ola bilər), ikincisi sınaq üçün. Ən yaxşısı eyni ölçü qabından istifadə etməkdir. Yaxşı göstərici — nümunələrin təxminən eyni kütlədə (fərq 1-2% -dən çox olmamalıdır) olmasıdır.

6. Güzgü ilə test

kartriclerin satisiXarici qatqıların olub-olmadığını müəyyən etmək üçün təmiz şüşə səthə az miqdarda su (1-2 ml) qoyun – bu məqsədlə güzgü istifadə edilə bilər. Mayenin buxarlanmasını gözləyin, sonra nəticəni qiymətləndirin. Səthdə iz qalırsa, deməli, suyun içində xarici qatqılar var. Buxarlanmadan sonra keyfiyyətli su səthi təmiz saxlayır.

7. Sabunun həll olması

su filtrin qurasdirilmasi

Bu üsul suyun codluğunu sınamağa imkan verir. Suya az miqdarda sabun əlavə edin. Su yumşaqdırsa, sabun tez həll olunacaq və çoxlu köpük əmələ gələcək. Cod suda hər şey tam əksinə olur. Yağ turşuları suyun tərkibindəki kalsium və maqneziumla güclü əlaqələr yaradır və sabun köpüklənmir.

Bir insan ömrü boyu təxminən 35 ton su içir. Məhz buna görə suyun keyfiyyətinə nəzarət etmək çox vacibdir. Xüsusilə də, nəzərə alsaq ki, ətraf mühitdən gələn müxtəlif kimyəvi maddələrin 80%-i mütləq su mənbələrinə düşür və tərkibindəki metalların həddən çox miqdarı müxtəlif xəstəliklərə səbəb ola bilər.