Əks osmos sistemli su filtri nədir?

Əks osmos sistemi ilə işləyən filtrlərdə mexaniki filtrlərdən fərqli olaraq membran filtri də mövcuddur. Bu sistemə əsaslanan filtrlərin əsas iş prinsipi aşağıdakı kimidir:
Şəbəkədən gələn su əvvəlcə pambıq filtrinə daxil olaraq nisbətən irihəcmli zibillərdən – daş, çınqıl, qum və s.-dən təmizlənir. Daha sonra su xırdalanmış kömür filtrinə keçir ki, bu da sudakı qoxu, dad və xlorun aradan qaldırılmasına şərait yaradır. Növbəti filtr isə sudakı bulanıqlığı götürərək onu şəffaflaşdıran preslənmiş kömür filtridir. Bütün təmizləmə işləri filtrlərin daxilində yerləşən kartriclər vasitəsilə həyata keçirilir. Daha sonra vakuumla əhatələnmiş membran filtrə daxil olan su molekulyar səviyyədə tamamilə təmizlənib xam hala salınır. Xam suyun ağız dadına uyğun olmaması səbəbilə su son iki mərhələdən – dəmirlə zənginləşdirici kokos və mineralla, yodla zənginləşdirici mineral filtrindən keçirilərək çənə, oradan da krana daxil edilir.

Kartriclərin vaxtından gec dəyişdirilməsi

Əks osmos sistemli filtrlərin üç önləyici kartricləri altı aydan bir dəyişdirilməlidir. Bu vaxt ləngidilərsə, müştəri daha artıq ziyana düşəcək. Kartriclərin fəaliyyətinin zəifləməsi nəticəsində membran filtrinin işi də ləngiyəcək. Prefiltrə, yəni önləyici kartriclərə yüksək miqdarda təhlükəli elementlər sızmağa başlarsa, membran filtrinin ömrü qısalacaq və performansı azalacaq. Halbuki, önləyicilərin dəyişdirilməsi membrandan daha ucuz başa gələr.Kartriclərin öz vaxtından gec dəyişdirilməsi həddindən artıq su itkisinə və suyun krandan aşağı təzyiqlə axmasına, ən sonda isə dayanmasına səbəb olacaq. Postfiltr, yəni membrandan sonrakı kartriclər sudakı xoşagəlməz qoxuları məhv etmək və onu dadlandırmaq üçün dəqiq hazırlanmışdır. Onun dəyişdirilməsi çox gecikərsə, suda xoşagəlməz qoxular meydana gələcək.

Nəticə

Kartriclərin vaxtında dəyişdirilməməsi suyun keyfiyyətinin pisləşməsinə səbəb olur.
Əks osmos sisteminin hər hansı bir elementinin dəyişdirilməsini gecikdirmək həyat üçün təhlükə yaratmasa da, maliyyə xərclərini artırır və bu da əsla arzu etməyəcəyiniz bir haldır.
Yeniliklərdən xəbərdar olmaq üçün saytımızı izləyin, Facebook və İnstaqram səhifələrimizi izləməyi unutmayın.