Aquaglass su filteri

Aquaglass su filteri haqqında

Aquaglass su filteri öz zərif və şıq görkəmi, eyni zamanda yığcamlığı ilə digər qurğulardan fərqlənir. Su filterləri artıq dövrümüzün tələbatına çevrilib. Şəhərlərdə yaşayan əhalinin bir çoxu ev, villa və ya ofislərinə standart əks osmos sistemli su filteri yerləşdiriblər. Amma elə insanlar da var ki, filterin estetik cəhətdən göz oxşayan olmasına və eləcə də, mətbəx çanağının altında maksimum az yer tutmasına önəm verirlər. Bakservis-in təqdim etdiyi Türkiyə istehsalı Aquaglass su filteri məhz bu cür müştərilərin tələblərini təmin etmək üçün nəzərdə tutulub.

 

Aquaglass su filterinin özəllikləri

Aquaglass su filterinin əsas xüsusiyyətləri aşağıdakılardır:

  • AQUAGLASS STANDART POMPALI
  • 2 önləyici + 1 karbon + 1 membran filtr
  • İstehsal: Türkiyə
  • En: 10 sm
  • Uzunluq: 30 sm
  • Hündürlük: 30 sm
  • Çən: 8 L
  • Günlük su vermə gücü: 150 L
  • Zəmanət: 1 il

Aquaglass su filteri elə gözəl və zərif görkəmə malikdir ki, sanki incəsənət nümunəsidir və mətbəxdə əlavə qurğu kimi yox, məhz mətbəxin bir hissəsi kimi nəzərə çarpır. Üstəlik, cəmi 10 sm enində olduğu üçün, demək olar ki, yer tutmur.

Aquaglass su filteri qiyməti

Aquaglass su filteri Azərbaycanda və Bakıda ən münasib qiymətə Bakservis şirkəti tərəfindən təqdim edilir. Çatdırılma + quraşdırılma + TDS aparatı qiymətə daxildir. Qurğunu Birkart vasitəsilə 6 ay hissəli ödəməklə faizsiz əldə etmək mümkündür. Aquaglass su filteri qiymeti ilə tanış olmaq üçün bu linkə keçid edə bilərsiniz.