Ölkəmizdə su filtrlərinin satışı və servisi sahəsində ən öndəgedən şirkətlərdən biri olan “Bakservis” öz Instagram səhifəsində çox maraqlı və qazanclı giveaway yarışması təşkil edərək qalib seçilən Nəzrin xanımı modern su filtri qurğusu ilə mükafatlandırıb.
Mükafatın təqdim edilməsi üçün şirkət nümayəndələri və servis mütəxəssisi Suad Kazım qalibin evinə yollanıblar. Qapını gülərüzlə açan Nəcibə xanım – qalibin anası qalib olduqları üçün çox sevindiyini bildirdikdən sonra öz fikirlərini də bölüşərək, uzun müddətdir qızı ilə birlikdə bu cür yarışmalarda iştirak etdiklərini, qalib olacaqlarına inanmadığını və bu xəbəri qızından eşidərkən şok olduğunu qeyd edib.
Nəcibə xanımın sözlərində ən diqqət çəkən məqam isə bu olub:
“…yarışın saf, şəffaf olmasına əminliklə inandım, əvvəl şübhə edirdim, inanmırdım, amma indi tam inandım, “Bakservis”ə təşəkkür edirik…”
Sonda Nəcibə xanım şirkət nümayəndələrini modern su filtrindən keçmiş təmiz su ilə dəmlədiyi ləzzətli çaya da qonaq edib və nümayəndələr qalibi bir daha təbrik edərək ayrılıblar.
Qeyd edək ki, 2009-cu ildən etibarən fəaliyyat göstərən “Bakservis” şirkəti qısa müddət ərzində su filtrasiyası sahəsində öz sözünü demiş, müştərilərin etimad və etibarını qazanmışdır. Şirkət həm mexaniki, həm də əks osmos sistemli modern su filtrlərinin, habelə önləyici kartriclərin satışı, çatdırılma, quraşdırılma və dəyişdirilməsi xidmətlərini yüksək məsuliyyətlə, ən əsası da, münasib qiymətə və xüsusi endirimlərlə həyata keçirir, xalqımızı tərtəmiz, dupduru su ilə təmin edir. Tez-tez bu cür qazanclı yarışma və aksiyalar təşkil edərək öz müştərilərini sevindirməkdən böyük zövq alır.