Əks osmos su filtri

 

Əks osmos nədir?

Əks osmos – müasir su təmizləmə metodudur. Bu metodla su təzyiqlə xüsusi sintetik membrandan keçir. Mineral duz və qatqıların 98%-i orada qalır. Əks osmos prosesi barədə ilk dəfə XX əsrin 50-ci illərində danışılıb. Bu gün əks osmos su hazırlama sahəsində daha effektiv üsul sayılır. İndiki zamanda o, sənaye müəssisələrində və hər bir evdə tələbatlıdır.

Əks osmos membranı nədir?

Əks osmos su filterləri üçün yarımkeçirici membranlar istifadə edilir. Əks osmos membranı:

  • qatqılar üçün baryer (maneə) olan selektiv təbəqə,
  • membranın möhkəmlik göstəriciləri olan arm təbəqədən ibarətdir.

Əks osmos filteri kartricində membran rulon kimi bükülür. Belə konstruksiya aktiv səth üçün böyük sahə qazanmağa imkan verir. Onu standart tip ölçülü kompakt korpusa yerləşdirməyə şərait yaradır.

Əks osmos su filteri üçün membran təmizləmə sistemində başlıca elementdir. Membran hazırlanması üçün bu materiallar uyğundur:

1. Sellüloz asetatı. Bu materialdan ucuz və hazırlanması sadə membranlar 1950-ci illərdə peyda oldu. Onlar suyun böyük molekulyar kütləli duzlardan əla təmizləsə də, bir sıra aşağı molekulyar birləşmələri “buraxır”. Bundan başqa, onlar məhdud pH diapazonunda çalışır və bio parçalanmaya məruz qalır. İndiki zamanda sellüloz asetatı daha təkmil materiallar tərəfindən sıxışdırılıb çıxarılmışdır.
2. Bərkidici poliamid. Material geniş pH diapazonunda çalışırş. Mikroorqanizmlər üçün münbit mühit deyil. Möhkəm poliamid membranlar yüksək iş təzyiqinə davam gətirir. NaCl və üzviliyə qarşı yaxşı selektivliyə malikdir. Başlıca çatışmazlığı oksidləşdiricilərə qarşı azdavamlı olmasıdır. Yüksək xlor tərkibli su poliamid membranları tez sıradan çıxarır.
3. Nazikörtüklü kompozitlər. Belə material membranlar bu gün üçün ən mükəmməl olanlardır. Kompozit örtüklər bütün tanınmış qatqılara qarşı yüksək selektivliyə malikdir.

Sənaye əks osmosu nədir?

Kommersiya və sənaye quraşdırılma eks osmoslar yarıavtomat və ya tam avtomatlaşdırılmış idarəli yüksək məhsuldar su təmizləmə sistemləridir. Onların tərkibinə öncə hazırlıq və membran təmizləmə üçün cavabdeh olan bir neçə modul daxildir.
Texniki su alınması üçün sənaye tipli əks osmos quraşdırılması bir neçə elementdən ibarətdir:
1. Kobud təmizləmə filteri. Müəyyən yuva ölçülü tor həll olmayan hissəcikləri saxlayır.
2. Dəmirsizləşdirmə kolonu (sütunu). Burada ikivalentli dəmir üçvalentliyədək oksidləşir və həll olmayan çöküntü şəklində ləğv olunur.
3. Sorbsiya filtri. Aktiv sorbent sərbəst xloru udur.
4. Əks osmos membranı. Həll olmuş duzlar və digər çirkabları kənarlaşdırır. Miqyaslama sənaye əks osmos quraşdırmanın üstünlüklərindən biridir. Məhsuldarlığı artırmaq üçün ona lazımi sayda filteredici elementlər əlavə etmək olar.

Əks osmos necə qurulub?

Əks osmosun su filtiri fəaliyyəti üçün yüksək axınlı nasosun yaratdığı yüksək iş təzyiqi gərəkdir. Sistemlər ötürücü, manometr, avtomatik atma klapanları, boru sarğısı olaraq komplektləşir. Təmizlənmiş suyun keyfiyyətini yoxlamaq üçün TDS-metr quraşdırılır.

Qurğunun işi iki mərhələdən ibarətdir:

İdarəetmə mikrokontroller vasitəsilə yerinə yetirilir. Çıxış suyu tərkibcə fərqləndiyinə görə sistemin komplektləşmə tarazlanması fərdi şəkildə icra olunur. Əlavə önhazırlıq mərhələləri tələb oluna bilər.

Məişət əks osmosu nədir?

Avadanlıq bazarında xüsusi ev və kotteclər üçün adətən ayrıca məkanda quraşdırılan modul sistemli eks osmosların geniş seçimi təqdim edilir. Mərkəzləşmiş su təchizatlı mənzillər üçün monobloklu (təkbloklu) modellər də var. Onları sənaye eks osmoslu sistemlərdən iki parametr fərqləndirir: Suyun məhsuldarlığı və sərfiyyatı.
Məişət üçün əks osmoslu filterlərin əsas iş prinsipi aşağıdakı kimidir:
Şəbəkədən gələn su əvvəlcə pambıq filtrinə daxil olaraq nisbətən irihəcmli zibillərdən – daş, çınqıl, qum və s.-dən təmizlənir. Daha sonra su xırdalanmış kömür filterinə keçir ki, bu da sudakı qoxu, dad və xlorun aradan qaldırılmasına şərait yaradır. Növbəti filter isə sudakı bulanıqlığı götürərək onu şəffaflaşdıran preslənmiş kömür filtridir. Bütün təmizləmə işləri filterlərin daxilində yerləşən kartriclər vasitəsilə həyata keçirilir. Daha sonra vakuumla əhatələnmiş membran filterə daxil olan su molekulyar səviyyədə tamamilə təmizlənib xam hala salınır. Xam suyun ağız dadına uyğun olmaması səbəbilə su son iki mərhələdən – dəmirlə zənginləşdirici kokos və mineralla, yodla zənginləşdirici mineral filterindən keçirilərək çənə, oradan da krana daxil edilir.